İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rast"ın üzvləri bu toyda bir araya gəldilər - FOTO

Əməkdar artist Sevda Ələkbərzadə paylaşımı ilə diqqət çəkib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, müğənni bir vaxtlar solisti olduğu "Rast" qrupu ilə yenidən bir araya gəlib.

Ələkbərzadə paylaşımına "Biz ki varıq, cin kimi uşaqlarıq" qısa şərhini yazıb.

Fotoda R.Haşımov və S.Ələkbərzadə ilə yanaşı, İlqar Quliyev də yer alıb. Onlar qrupda skripka ifaçısı olan Asif Kərimovun qızının toyuna yollandıqlarını qeyd ediblər.

Qeyd edək ki, "Rast" qrupu 1993-cü ildə Əməkdar artist Rəşad Haşımovun rəhbərliyi ilə yaranıb. S.Ələkbərzadə uzun illərdir qrupdan ayrılıb və solo karyerasını davam etdirir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR