İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeməkdən dərhal sonra duş qəbul edənlərə mütəxəssislərdən XƏBƏRDARLIQ

Nə vaxt və necə duş qəbul etdiyimiz sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Yanlış zamanda və yanlış şəkildə duş qəbul etmək xeyirdən çox zərər verə bilər.

Bu nəticəyə mütəxəssislərin apardığı araşdırmalar əsasında gəlinib.

Mütəxəssislərin sözlərinə görə, yeməkdən dərhal sonra duş qəbul etmək orqanizmə bəzi zərərlər verə bilər. Ona görə də bu məqama diqqət yetirmək lazımdır.

Yeməkdən dərhal sonra duş qəbul etməyin sağlamlıq riskləri isə aşağıdakılardır:

Həzmi ləngidir - Yeməkdən dərhal sonra duş qəbul edildiyi zaman suyun təsiri ilə qanın mədə ətrafından bütün bədənə yayılması baş verir. Bu da nəticədə həzm prosesini ləngidir və bəzi problemlərin yaranmasına səbəb olur.

Qəbizliyə səbəb olur - Bədəndə qəbizlik və həzmsizlik kimi problemlərə gətirib çıxara bilər. Bu problemlərlə yanaşı, bədən çəkisinin artmasına da səbəb ola bilər.

Bədənin istiliyini aşağı salır - Bədəninizin istiliyi düşməyə başlayır, bu da həzm prosesini ləngidir. Həmçinin, həzm prosesinin yavaşlaması səbəbindən uzun müddət aktiv qalan mədə turşusu mədə yanması kimi narahatlıqlara yol açır.

Çəki artımına səbəb olur - Yeməkdən dərhal sonra duş qəbul etmək həzmi ləngitdiyi üçün kökəlməyə və çəki artımına səbəb olur. Həmçinin, sızanaqların əmələ gəlməsi və xəstəlik riskini artırır. Eyni zamanda, sinədə ağrılı yanma hissi də yaradır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR