İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Məmmədovla bağlı SON QƏRAR

Ali Məhkəmədə “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, keçirilən iclasda qərar elan edilib.

Məhkəmə Rasim Məmmədovla bağlı əvvəlki qərarda qanun pozuntuları aşkar etməyib. Kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib.

Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, 13 il 9 aya endirilib.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. 1 ay əvvəl Ali Məhkəmə Rasim Məmmədovun müsadirə edilən əmlaklarla bağlı şikayətini də rədd etmişdi.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR