İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramştayndan daha 2 il müharibə qərarı-sonra?

Müharibədən para qaçıranlar(qazananlar) üçün Ukrayna savaşı yağlı quyruqdur

Ukraynaya müharibədə hərbi dəstək verən Qərb müttəfiqlərinin müdafiə nazirlərinin Almaniyanın Ramştayn bazasında sayca 25-ci görüşü bu gün nəhayət ki, baş tutdu. Bu görüş hələ ötən ilin oktyabrında keçirilməli idi, amma Bayden hakimiyyəti ən müxtəlif bəhanələrlə tədbiri təxirə salırdı. İndi Ramştayndakı görüşə 10 gün sonra vəzifəsini tərk edəcək “müharibə qırğıları”ndan olan müdafiə naziri Lloyd Ostininin sədrlik etməsi də simvolik idi. Bayden nümayiş etdirməyə çalışdı ki, Ukraynaya silahların verilməsindəki ən mühüm töhfəni Ağ Ev verib. Yanlış da sayılmaz. Müharibə dövründə Vaşinqton hərbi ehtiyacları üçün Kiyevə 174 milyard dollardan çox vəsait ayırıb. Ramştaynda Vaşinqton yenə əliaçıqlığını göstərdi-Kiyevə 500 milyon dollarlıq yeni yardım paketi ayırdı. Üstəlik, bunu etmək üçün Bayden Konqresin təsdiqi olmadan pul göndərməyə imkan verən “fövqəladə mexanizm”dən istifadə etməli oldu. Məqsəd Trampın andiçmə mərasiminə qədər silahları Kiyevə təhvil verməkdir ki, qərar ləğv edilməsin. 

Screenshot_3.png (710 KB)

Ramştaynda bu gün 2027-ci ilədək Ukraynaya hərbi yardımlar üçün bir neçə “yol xəritəsi” qəbul olunub. Yəni bugünkü tədbir və qərarlar “Rusiya-Ukrayna müharibəsi həlledici mərhələyə daxil olub”, “Kiyev və Moskva danışıqlar masasına oturmaq zorundadırlar” kimi iddialar yenə doğrulmadı. Dünyanın ən çoxbilmişləri- “bir qulağı NATO-da, bir qulağı Pentaqonda olan” nəşrlərin belə bu optimizmi daha doğrulmur.
Müharibənin uzanmasının səbəbləri haqda danışanda Ukraynanın cəbhədə uduzsa da, sınmamasını qeyd etmək lazımdır. Biz iki Qarabağ müharibəsi yaşamış ölkəyik, savaşda uduzmaqla sınmaq arasındakı fərqi yaxşı bilirik, hətta yaşamışıq da. Məsələn, Şuşanın işğalı Qarabağ müharibəsində məhz sınma idi və təsadüfi deyil ki, ondan sonrakı məlubiyyətləri özü ilə ardarda gətirdi. Ukrayna bütün dəstəyə rəğmən uduzur, bunu gizlətməyin mənası yoxdur, orduda üzüntü də var, sıxıntı var, fərari də... Amma dövlət olaraq, ordu olaraq sınma yoxdur. Bunun psixoloji və mənəvi tərəflərini qurdalamayaq, bu işğalın da, savaşında motivləri bizim iki müharibədən çox fərqlidir. Amma yenə Ukrayna ordusunun müqavimətini qeyd etmək lazımdır. 

Screenshot_4.png (773 KB)

Müharibənin həlledici mərhələsinin yubanmasının daha bir səbəbi indiyədək bu münaqişənin necə durdurulacağı haqda heç bir təklif və təşəbbüs yoxdur. “Torpaq əvəzinə NATO”, “NATO-Avropa Birliyi üzvlüyü əvəzində ərazi mübadiləsi” və sairə kimi səslənən təkliflər əslində, ara söhbətləridir. Bizim başımıza gətiridikləri “Kavano planı”, “Lavrov planı”, “Madrid prinsipləri” kimi “həll variantları” çətin ki, olsun, çünki Rusiya ancaq İstanbul sənədi ətrafında müzakirələrə tərəfdardır, başqa həll variantlarını qəbul etməyəcəyini deyir. Rusiya son aylar qondarma “DXR” və “LXR” - in sərhədlərinə çıxmağa çalışır, görünür, bundan sonra bu savaşı Ukraynanı tam ram edənədək davam etdirib- etməməsinə qərar verəcək.

Screenshot_5.png (609 KB)

Bacararmı? Çətin, hətta mümkünsüz...Müasir müharibə bahalı “əyləncədir”. İndi heç Səddam Hüseynin və ya Hüsnü Mübarəkin illərlə topladığı pullarla da uzunmüddətli müharibə etmək çətindir. Rusiya da bu baxımdan tükənir, 2027-ci ilədək davam edərsə, vəziyyəti lap pis də ola bilər.
Rusiya bu müharibənin nəticəsində bəlkə də mümkünsüz olana nail olmaq istəyir. İstəyir ki, Ukraynada tutduğu ərazilər Rusiyada qalsın, Kiyev də, dünya da bununla razılaşsın, hətta sülh sazişi də imzalansın. Ona görə Moskva danışıqları o şərtlə mümkün hesab edir ki, masada təməlli razılaşma olsun. Putinin zənnincə, Qərb liderləri onu bir dəfə Minsk razılaşması ilə aldadıblar, indi necə deyərlər, “keçəl daha suya getməz”. Ukrayna da Rusiyaya güvənmir və o da növbəti dəfə ərazisinə hücum olmayacağı haqda beynəlxalq qarantiya istəyir. 

Screenshot_6.png (449 KB)

Trampla bağlı son yazıda Ukrayna müharibəsinə münasibətdə ABŞ-ın hazırkı naraqlarına uyğunlaşdırmaq zorunda olduğunu qeyd etmişdik. Ona görə Tramp ötən prezidentlik müddətində “Ukrayna 10 il NATO-ya üzv olmur” şərtini “qızdırıb” Putinə ötürdü. Rusiya lideri isə nə o vaxt, nə indi bu şərtlə sülh olmayacağını dedi. 

Bugünkü Ramştayn müzakirəsi ancaq savaşı daha çox uzatmaqdan başqa bir işə yaramaz. Zelenski yenə narazı qaldı, yenə havadan müdafiə sistemləri istədi. Müharibədən para qaçıranlar(qazananlar) üçün Ukrayna savaşı yağlı quyruqdur. İlon Mask başı çıxmayan çox mətləblərdən danışır, amma onun Zelenskinin Amerikanı necə soyduğu ilə bağlı dediklər sadəcə, yumor deyil, həm də gerçəkdir. Yeri gəlmişkən, Mask dünyanın ən pullu biznes adamıdır, indi onu israrla siyasətə də qoşurlar. Çünki 4 il sonra süni intellekt dünyada daha çox yer tutacaq, Mask da daha məşhur adamı olacaq. Ona görə Trampın yanında hələ siyasi kurs keçir. Bəlkə elə Ukraynadakı savaşı da ABŞ prezidenti olacaq Maskın süni kuklarından biri həll etdi. Demədi deməyin...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR