İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb.

O, hazırda iş başında olduğunu bildirib:

"Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm", – deyə Nigar Mehdiyeva qeyd edib.

Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR