Onlayn ictimai-siyasi qəzet
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevi cərimələyib.
Musavat.com sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun cari avrokuboklar mövsümündə yol verdiyi səhvlərdir.
Belə ki, dağıstanlı kiper Çempionlar Liqasında “Rakuv”la keçirilən üçüncü təsnifat mərhələsinin Polaşadakı ilk oyununda, həmçinin HİK-lə Finlandiyada baş tutan Avropa Liqasının 3-cü raundunun cavab qarşılaşmasında kobud xətalarla yadda qalıb.
“Şah”ın bir-birinin ardınca yanlışlıqlara yol verməsi baş məşqçi Qurban Qurbanovu hövsələdən çıxarıb.
Təcrübəli mütəxəssis “əlcək sahibi”ni möhkəm danlamaqla yanaşı, onun böyük miqdarda cərimələnməsinə dair rəhbərliyə raport yazıb. Son vaxtlar azarkeşlərin əsəblərini tarıma çəkən Məhəmmədəliyevin “Olimpiya “ ilə Avroliqanın pley-off mərhələsinin Sloveniyada keçirilən ilk görüşündə ehtiyatda qalması da bu gedişatla bağlıdır
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ