İnsanlara hürriyət, millətlərə istiqlal!

Quran yandıran siyasətçidən NÖVBƏTİ TƏHDİD - Təxribatçı qalmaqaldan doymur

İsveçdəki Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranı yandıran danimarkalı siyasətçi Rasmus Paludan onu “terrorçu” adlandıran, İsveçi təmsil edən çeçen MMA döyüşçüsü Həmzət Çimayevə cavab verib.

Musavat.com xəbər verir ki, Paludan növbəti təxribatı üçün ünvan verərək daha bir qalmaqala səbəb olub.

Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rusiyanın da Stokholm səfirliyi qarşısında Quran yandıracağını bildirib. 

“Həmzət Çimayevin məni təhqir etməsinə cavab olaraq və bütün çeçenlərə xüsusi bir salam göndərərək, onların kitablarını Rusiya səfirliyinin qarşısında yandıra bilərəm” - Paludan deyib.

NATO üzvlüyü Ankaranın təsdiqindən asılı olan İsveçdə irqçilik və nifrətlə dolu təxribata imza atan Rasmus Paludan yenidən gündəmdədir.

Qeyd edək ki, siyasətçi sərt reaksiyalara baxmayaraq, əməlindən peşman olmadığını bildirib.

"Mən bunu ona görə etdim ki, burada mühüm siyasi səbəblər var. Təəssüf edirəm ki, çox insan məni ölümlə hədələyir” - o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR