İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən etiraz: “Bir uşağın bağçaya düzəlməsi ən ciddi məsələdir”

Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev əvvəlcə dövlət müstəqilliyinin bərpa olunması ilə əlaqədar olaraq təbriklərini çatdırdı.

Müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ilə bağlı danışarkən bəzi məqamlara münasibət açıqladı: “Hörmətli Əli Hüseynli ətraflı məlumat verdi, bizim komitədə layihə geniş müakirə olunub və hamılıqla plenar iclasa tövsiyə edilib. Layihə çox mütərəqqidir və mütərəqqi dəyişikliklər nəzərdə tutulub. Amma biz komitə iclasında qaldırdıq, Əli Hüseynli dedi ki, qanunvericilik təşəbbüsünün subyekti ilə o məsəsələləri müzakirə edəcək. Biz, konstitusiyaya sonuncu 3-cü dəyişiklikdən sonra yaş məhdudiyyətini aradan qaldırmışıq. Amma Ombudsman haqqında qanunda hələ də o məhdudliyyətlər nəzərdə tutulur ki, ombudsman 30 yaşdan yuxarı olmalıdır. Ombudsman iki dəfə seçilməlidir. Amma biz Prezidentlə də, Baş Prokurorla bağlı da məhdudiyyəti aradan qaldırmışıq. Yanaşma eyni olmalıdır. Yəni hər hansı vəifəli şəxsi seçən xalqdırsa, xalq müəyyən eləməlidir ki, həmin şəxs vəifədə, hakimiyyətdə nə qədər qala bilər. Yaxud onu Prezident, Milli Məclis təsdiq edirsə, yenə də Prezident və Milli Məclis müəyyən edə bilər ki, ona neçə müddət etibar etmək olar. Yəni yanaşma eyni olmalıdır. Hesab edirəm ki, bu məsələni hörmətli Əli müəllim müvafiq dövlət orqanları qarşısında qaldıracaq və bu öz həllini tapmalıdır”.

Q.Həsənquliyev dedi ki, digər bir məsələ məhkumluqla bağlıdır: “Əvvəllər məhkumluq məsələsi çıxarılır və haırda məhkumluğu olan, xüsusilə ağır cinayətlərə görə, məhkum olan şəxs Milli Priventiv qrupun üzvü ola bilməz, eləcədə ombudsman seçilə bilməz. Yəni bu müddəa ö əksini tapır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 44 günlük müharibə dönənəmimdə ombudsman çox fəal idi. Həqiqətən də ombudsman öünün beynəlxalq əlaqələrindən istifadə edərək erməni faşistlərinin törəttdiyi cinayətləri beynəlxalq ictimaiyyətə çatdırılmasında çox ciddi şəkildə iştirak etdilər. Həm də müharibədən sonrakı dönımdə də bu fəaliyyət davam etdirildi. Bunu qeyd etmək lazımdır. Həmkarım Etibar Əliyev qeyd elədi ki, hesabatda bir uşağın bağçaya düzəldilməsi öz əksibni tapmamalıdır. Hesabatda digər pozuntularla bağlı da kifayət qədər məlumatlar var. Hesab edirəm ki, müvafiq dövlət orqanları həmin pozuntuiların aradan qaldırılması istiqamətində ciddi işlər görməlidirlər. Mənim yanaşmam belədir ki, bir uşağın bağçaya düzəlməsi ən ciddi məsələdir. Ona görə ki, uşaqların təhsili bağçadan başlayır. Bəlkə də həmin uşaq gələcəkdə prezident, nazir, deputat olacaq. Azərbaycanı tanıdan bir alim olacaq və.s. Ona görə də hər şey oradan başlamalıdır”.

Deputat bu məqamda bir lətifəni xatırlatdı: “Bir gün bir zəngin insan məscidə dua etməyə gedir. Görür ki, bir kasıb insan Allahdan 100 manat istəyir. Cibindən 100 manat çıxarıb həmin insana verib deyir ki, 100 manata görə Allahı narahat etmə, mən bura milyonların xahişini etməyə gəlmişəm. İndi ola bilsin ki, bir uşağın bağçaya düzəlməsi kiçik, əhəmiyyətsiz məsələ ola bilər. Amma mən düşünürəm ki, ombudsman bu kimi məsələlərə diqqət yetirməkdə çox haqlıdır. Mən bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Bir də burada qanuna əlavə edirik. Orada da qeyd etdim ki, ombudsman yanında Milli Piventiv qrupun üzvləri 3 il müddətinə təyin olunurlar. Məncə, ombudsman kimi onlar da 7 il müddətinə seçilməlidir. Bir də onların işinə mane olmağa görə, qanunda birbaşa yaılmalıdır ki, cinayət məsuliyyəti nəzərədə tutulur. Belə ki, onların fəaliyyətinə 5-10 dəqiqə mane olmaq böyük bir cinayətin ört-basdır olmasına gətirib çıxara bilər. Ona görə də mən hesab edirəm ki, bu məsələ də qanunda öz əksini tapmalıdır. Bütün dəyişiklikləri mütərəqqi hesab edirəm, həmkarlarımı da layihəyə səs verməyə çağırıram”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR