İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: "Qadınlarla bağlı məsələlərə yenidən baxmalıyıq"

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Deputat Qüdrət Həsənquliyev dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikrə görə razı olmadığını söylədi.

Deputat bildirdi ki, yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək. O,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa qatılan əməkdaşlarına sual etdi: “Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər? Bizdə çox vaxt pensiya yaşının yüksək olmasını Avropa ölkələri ilə müqayisə edirlər. Amma bir sıra ölkələrdə pensiya yaşı bizdən aşağıdır”.

Q.Həsənquliyev Avropa ölkələrində orta ömür yaşının dabizdən yüksək olduğunu xatırlatdı. Daha bir nümunə gətirdi: “Rusiyada 3 və daha artıq uşağı olan ailələr çoxuşaqlı ailələr sayılır və Moskva şəhərində belə ailələrə 4 otaqlı mənzil verlir”.

Deputat qadınların erkən pensiyaya göndərilməsi ilə yeni iş yerlərinin açılmasını da mümkün saydı. Eyni zamanda dedi ki, məsul vəzifələrdə çalışan qadınların sayı qaneedici deyil: “Bir nazir postunda qadın yoxdur. Komitə sədrlərinə baxın, bir Ailə, Qadın və Uşaqlarla Dövlət Komitəsinin rəhbərindən başqa, hamısı kişilərdir. Bizdə rabitə ilə bağlı kitabçalar var, ordakı telefon nömrələrinə baxın, əksəriyyəti kişilərdir. Kvota qəbul olunmalıdır ki, dövlət orqanlarında çalışan qadınların sayı 35 faizdən aşağı olmasın. Azərbaycanda xüsusilə qadınlarla bağlı məsələlərə yenidən baxmalıyıq. Böyük Cavid deyirdi ki, bəşəriyyət qadınla yüksələcək”.

Deputat sədrə müraciətlə dedi ki, bu istiqamətdə Milli Məclisin də üzərinə böyük iş düşür: “Sevindirci haldır ki, Birinci vitse-prezident və Mlli Məclisin sədri qadındır. Amma bu, kifayət deyil. Azərbaycan patriarxal, orta əsr ölkəsi deyil. Ona görə də biz bu istiqamətdə yanaşmanı dəyişməliyik”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR