İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernator: “Ukrayna ordusunun Luqanskda mühasirəyə düşmək təhlükəsi yoxdur”

"Ruslar Severodonetskin böyük hissəsinə tam nəzarət edir. Döyüşlər olduqca şiddətli keçir. Adi bir hündürmərtəbəli bina üçün günlərlə döyüş aparılır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir məlumat Luqansk vilayətinin qubernatoru Sergey Qayday tərəfindən səslənib.

Qubernatorun sözlərinə görə, savaş səbəbindən humanitar yüklərin kütləvi şəkildə evakuasiyası və çatdırılması mümkün deyil. Hərbçilər gündə cəmi bir neçə nəfəri çıxara bilirlər.

Azot zavodunda hələ 500-ə yaxın sakin qalıb və onlardan 40-ı uşaqdır. Sənaye zonası düşmənin iri çaplı artilleriyasından güclü atəşə tutulmaqda davam edir.

“Azot”un Mariupol “Azovstal”ı kimi güclü sığınacaqları yoxdur. Biz təhlükəsizlik zəmanəti ilə evakuasiya təşkil etməyə çalışırıq. Əvvəllər oradakıların hamısı şəhəri tərk etməkdən imtina edirdi", - deyə vilayət rəhbəri söyləyib.

Sergey Qayday Lisiçanskda da kifayət qədər çətin vəziyyətin yarandığını etiraf edib.

"Ruslar şəhərə ağır artilleriyadan və aviasiyadan zərbələr endirirlər, şəhər hər gün dağıdılır. Son günlər ən çox ölən və yaralanan orada olub. Hazırda “səssiz" təxliyə aparılır",- deyə Sergey Qayday bildirib.

Ukrayna rəsmisi bütün bunlarla bərabər Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının mühasirəyə alınması təhlükəsinin olmadığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR