Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı güc tətbiqini istisna etməyərək, bütün mümkün hərəkət variantlarını nəzərdən keçirməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals ABC telekanalına müsahibəsində danışıb.
Danimarka muxtariyyəti ilə bağlı vəziyyəti nizamlamaq üçün hərbi gücdən istifadənin mümkünlüyü barədə sualı cavablandıran Vals deyib ki, Tramp həmişə bütün variantlara açıqdır.
“Mövcud müqavilələri dəyişdirə biləcəyimiz bir sıra yollar var. Qrenlandiyalılardan eşidirik ki, onlar müstəqillik məsələsini irəli sürürlər ki, bu da bir çox başqa imkanlar açır. Bununla belə, prezident Tramp sələfindən fərqli olaraq heç bir variantı istisna etmək fikrində deyil”.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya, Panama ilə bağlı paylaşımlar edərək, onları Amerikanın tərkibinə əlavə etmək istədiyini bildirib. Bununla da Tramp ABŞ-nin geosiyasi təsirini genişləndirmək niyyətində olduğunu göstərmiş olur.
Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın qrenlandiyalılara məxsus olduğunu ifadə edib. Frederiksen Qrenlandiyanın Baş naziri Mute Bourup Egedenin "Biz satılmamışıq və heç vaxt da olmayacağıq" sözlərini xatırladaraq, bu məsələdə mövqelərinin qəti olduğunu bəyan edib.
Şahanə Rəhimli
Musavat.com
13 Yanvar 2025
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ