İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızlarınızı özünüzə nökər, qardaşına dayə doğmayın"

"Anam həmişə deyir ki, hər övladım mənə candan əzizdir, amma qızlarımı verən Allaha qurban olum".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundova sosial şəbəkə hesabında yazıb. Beynəlxalq Qızlar Günü münasibətiylə paylaşım edən aktrisa sözlərinə belə davam edib:

"Çox gözəl gündür. Təki elə dövr və dünya qura bilək ki, qızlarımız cinsəl diskriminasiyaya, sadəcə qız doğulduqları üçün hüquqi məhdudiyyətlərə, təcavüzə, yalnız "mətbəx kombaynı" olmağa məruz qalmasınlar. Onların da səsi, düşüncəsi, haqqı nəzərə alınsın. Qızlarımızı sevgiylə böyüdək. Onlara istənilən, gözlənilən, arzulanan övlad olduqlarını hiss etdirək. Sevginin və düzgün ailə institutunun təməli valideynlərdən gəlir. Qızlarınıza kifayət qədər sevgi və dəstək verin ki, gələcəkdə o sevginin aclığından hər zalımın zülmünə dözməli olmasınlar, "eybi yox, anam atama dözüb, mən də dözərəm" düşüncəsiylə ömür çürütməsinlər. Öz ayaqları üzərində dura biləcək qədər təhsil və özgüvənləri olsun. Qız uşağını özünüzə qul-nökər, qardaşlarına dayə doğmayın. Sağlam nəsil fiziki və psixi sağlam qadının bətnində yaranır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR