İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılın qiyməti 3100 dolları keçdi

ABŞ-ın tarif tətbiqi müddəti yaxınlaşdıqca fond birjalarında indekslər enir, bu qızılın qiymətini yeni rekordlara çatdırır.

Musavat.com birja məlumatlarına istinadən xəbər verir ki, COMEX birjasında aprel ayı qızıl fyuçersləri 1,6 faiz artaraq 1 troya unsiyası üçün 3070,1 dollara çatıb.

Bu, tarixi maksimumdur. İlin əvvəlindən kotirovkalar 15,2 faiz artıb.

Daha aktiv ticarət edilən iyun müqaviləsi ticarət zamanı tarixdə ilk dəfə bir unsiya üçün 3100 dolları ötüb.

Dünən ABŞ prezidenti Donald Tramp xaricdə istehsal olunan bütün avtomobillərə 25 faiz rüsum tətbiq etmək qərarına gəldiyini açıqlayıb. O, həmçinin Avropa İttifaqı və Kanada tariflərə qarşı əməkdaşlıq etsələr, onlar üçün tarifləri daha sərt artıracağına söz verib.

Goldman Sachs analitikləri 2025-ci ilin sonuna qızılın qiyməti ilə bağlı proqnozlarını bir unsiya üçün 3,1 min dollardan 3,3 min dollara qaldırıblar. Onlar qiymətlərin mərkəzi bankların bu qiymətli metala davamlı yüksək tələbatını və qızılla əlaqəli fondlara investor vəsaitlərinin gözləniləndən daha çox axınının təsiri ilə artacağını qeyd edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR