Onlayn ictimai-siyasi qəzet
"France Football" nəşrinin baş redaktoru Vensan Qarsiya "Qızıl top" mükafatının "Real Madrid"in cinah hücumçusu Vinisius Juniora deyil, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilməsinin səbəbini açıqlayıb.
"Marca" onun sözlərini belə çatdırıb:
"Görünən budur ki, Vinisius 5 ən real namizəd arasında Daniel Karvaxal və Cud Bellingemin timsalında daha iki "Real"lı olmasından əziyyət çəkib. Bu fakt riyazi olaraq Vinisiusun bir neçə xal itirməsinə yol açıb. Jürinin "Real"lılar arasında seçim etməsi Rodriyə üstünlük qazandırıb".
Xatırladaq ki, hər il dünyanın ən yaxşı oyunçusuna təqdim edilən "Qızıl top" mükafatının təşkilatçısı "France Football" nəşridir./Fanat.Az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ