İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızlar məmurların torpaqları ələ keçirməsinə etiraz edirlər

Aprelin 1-də Qırğızıstanın paytaxtı Bişkekdə, Maksim Qorki adına parkda mitinq keçirilib və iştirakçılar yeni Torpaq Məcəlləsinin müddəalarından narazılıqlarını bildiriblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, etirazçılar sənədin qəbulu ilə dövlət qurumlarının məmurların müəyyən edəcəyi qiymətə şəxsi torpaqları zəbt edə biləcəyindən narahat olduqlarını bildiriblər. Bəzi iştirakçılar əllərində vətəndaşların mənafeyini müdafiə etməyə çağıran “Ölkə xalqındır, tikinti lobbisinin deyil” şüarları yazılmış plakatlar tutublar.

Yenilənmiş məcəllənin normalarına görə, torpaq sahələrini zəbt etmək hüququ dövlət aparatının nümayəndələrinə verilə bilər. Torpaq sahibləri hesab edirlər ki, bu, onların hüquqları üçün risklər yaradır və ədalətli kompensasiya olmadan məcburi zəbtlə nəticələnə bilər.

Aksiya iştirakçıları Qırğızıstan prezidenti Sadır Japarova qanunun təsdiq edilməməsi xahişi ilə müraciət də imzalayıblar. Əvvəllər dövlət başçısı vətəndaşlardan müvafiq müraciət olarsa, Torpaq Məcəlləsinə veto qoyulmasına icazə verirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR