İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan parlamentinin sədri rus dilinə görə nazirin çıxışını yarımçıq kəsdi

Qırğızıstan parlamentinin spikeri Nurlan Şakiyev ölkənin Təbiət nazirliyinin rəhbəri Dinara Kutmanovanın çıxışını yarımçıq dayandırıb. Qırğız spiker nazirin rus dilində danışmağa davam etməsinə imkan verməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Sputnik “Qırğızıstan” Telegram kanalında məlumat verilib.

Agentliyin məlumatına görə, Kutmanova Bişkekdə dumanla mübarizədə görülən işlər barədə məlumat verirmiş. Buna baxmayaraq, Şəkiyev onun çıxışını kəsib və məruzəsini qırğız dilində davam etdirilməli olduğunu vurğulayıb.

Nazir spikerin tələbini yerinə yetorərək rus dilində danışmaqdan imtina edib və çıxışına doğma dilində davam edib.

Xatırladaq ki, Qırğızıstan həm Avrasiya İqtisdi İttifaqı, həm də Kollektiv Təhlükəsizlik Müdafi Təşkilatının üzvüdür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR