İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız musiqiçiyə işgəncə verənlər tapılmayıb - İşi bağlayıblar

Qazaxıstanın Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri zamanı qırğızıstanlı Vikram Ruzaxunov və Çolponbek Sıdıqova işgəncə verənləri müəyyən edə bilməyib.

Musavat.com arici mediaya istinadla xəbər verir ki, Qırğızıstanda fəaliyyət göstərən qəzetin redaktorları Qazaxıstan Baş Prokurorluğuna sorğu göndərib və belə bir cavab alıblar: “İstintaq nəticəsində Vikram Ruzaxunov və Çolponbek Sıdıqova işgəncə verilməsində şübhəli bilinən şəxslər müəyyən edilməyib. Şübhəlilərin şəxsiyyəti müəyyən edilmədiyi üçün ibtidai istintaq müddətinə xitam verilib”.

Xatırladaq ki, Qazaxıstanda baş verən iğtişaşlardan sonra, yanvarın 9-da Qazaqstan telekanalı Qırğızıstandan gəldiyini bildirən və pul müqabilində aksiyada iştirak etdiyini bildirən şəxsin dindirilməsinin videosunu yayıb. Həmin şəxsin sözlərinə görə, yanvarın 1-də “naməlum şəxslər ona zəng edərək aksiyada iştirak etdiyinə görə ona 90.000 təngə (təxminən 17.500 som) təklif ediblər, təyyarə və yaşayış xərclərini ödəyiblər”.

Sonradan məlum olub ki, videoda görünən şəxs Qırğızıstanın tanınmış musiqiçisi Vikram Ruzaxunovdur. Dindirilmənin yayımlanan görüntüləri Qırğızıstanda hiddətə səbəb olub. Prezident Sadır Japarov və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev olaya münasibət bildiriblər. Qazaxıstanın Bişkekdəki səfirliyi yaxınlığında aksiya keçirilib. Qırğızıstan Xarici İşlər Nazirliyi səfirə etiraz notası təqdim edib. Yanvarın 10-da Qazaqstan telekanalının Ruzaxunovun dindirilməsinin videosunu sildiyi məlum olub. Elə həmin gün onu buraxıblar və Bişkekə aparıblar. Musiqiçi media nümayəndələrinə izahat verərək deyib ki, o, vətəninə təhvil verilə biləcəyini bildiyi üçün aksiyada iştirakını boynuna almaq qərarına gəlib.

Sentyabrın 26-da Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin dəvətindən sonra vəkilinin müşayiəti ilə Vikram Ruzaxunov zərərçəkmiş şəxs qismində istintaq hərəkətlərində iştirak etmək üçün Almatı vilayətinə gəlib. Qırğızıstan vətəndaşının sözlərinə görə, ona qarşı işgəncə faktı ilə bağlı cinayət işi 2022-ci il fevralın 10-da açılıb və o vaxtdan bəri işgəncədə iştirak edən bir nəfər də olsun tapılmayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR