İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Tiflisi Rusiyaya qarşı “ikinci cəbhə” açmağa sövq edir – Narışkin

"Qərb ölkələri Tiflisi Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı “ikinci cəbhə” açmağın zəruriliyinə inandırmağa çalışır, Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqam olduğunu qeyd edir".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

“Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini ikinci cəbhə deyilən cəbhənin açılmasının zəruriliyinə inandırmaq üçün israrlı cəhdlərini görürük. Onlar görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil”, – Narışkin bildirib.

O əlavə edib ki, Qərb Tbilisini indi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün yaxşı vaxt olduğuna inandırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR