İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərb Paşjnyanı buna görə hakimiyyətə gətirib" - Badalyan

"2020-ci il müharibəsi nəticəsində Ermənistan təslim oldu. Bu gün bəzi ərazilər artıq Azərbaycana təslim olub və Nikol Paşinyan hər vasitə ilə öz əməlinə haqq qazandırmağa çalışır"

Musavat.com bildirir ki, bunu Ermənistan mediasına müsahibəsində siyasi strateq Armen Badalyan deyib.

“Bu gün bu əsaslandırma vətənpərvərlik məsələsi ilə, sabah başqa bir şeylə bağlı ola bilər. O, baş verənləri bununla əsaslandıra bilər ki, günahkar beşinci kolon, müxalifətdir. Bir sözlə, ondan başqa hər şey”,-deyə ekspert bildirib.

Badalyanın sözlərinə görə, Paşinyan hesab edir ki, bu cür bəyanatlarla yenidən seçkilərdə səs toplaya bilər.

 “Deyir ki, Qarabağ bizə lazım deyil, onu təslim etməyi və hələ də müdafiəsinə icazə veriləni, yəni Ermənistanı qorumağı təklif edir. Bu, cəmiyyətin “qaralar” və “ağlar”a bölünməsinin başqa bir versiyasıdır. Bu halda “qara” Qarabağ, “ağ” isə Ermənistandır”-ekspert sərsəmləmələrini davam etdirib.

Badalyanın iddiasına görə, Paşinyan üç problemi həll edir: “O, Dağlıq Qarabağı Azərbaycana təslim etmək, Rusiya bazasını Ermənistandan çıxarmaq və xarici siyasət vektorunu Qərbə çevirmək, həmçinin Zəngəzur dəhlizini Qərbə vermək istəyir. O, bu vəzifələri yerinə yetirməlidir, çünki Qərb onu məhz bunun üçün hakimiyyətə gətirib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR