İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva bu dəfə onları sevindirdi - FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları qrupu”nun üzvləri Saray qəsəbəsində yerləşən 2 saylı Sosial Xidmət Müəssisəsini ziyarət edib, müəssisə rəhbərliyi ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, komitə sədrinə məlumat verilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmət Müəssisəsi 5 dekabr 1974-cü il tarixində “Saray 7 saylı ağıldankəm uşaqlar üçün internat evi” kimi fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmət Müəssisəsi olaraq fəaliyyət göstərən qurumda uşaqlara hərtərəfli maddi sosial-məişət və tibbi xidmət göstərilir.

Müəssisə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsini həyata keçirir. Müəssisəyə 5-18 yaşında əqli və fiziki məhdudiyyətli, təhsilə cəlb olunmayan uşaqlar qəbul olunub.

Q.Paşayeva təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün stasionar formada sosial xidmətlərin göstərilməsini, onlarla sosial işin aparılması və sosial reabilitasiyanın təşkili ilə bağlı fəaliyyəti təqdir edib, bu işi sözügedən katqeqoriyadan olan uşaqlarla iş mədəniyyəti, sosial iş və səhiyyə mədəniyyətinin örnəyi kimi xarakterizə edib. Komitə sədri müqəddəs Ramzan ayında belə müəssisələri ziyarət etməyi hər bir aydın üçün mənəvi borc kimi dəyərləndirib.

Komitə sədri və könül dostları müəssisədə çağdaş standartlara uyğun yaradılmış şəraitlə tanış olub, müalicə alan uşaqlarla hədiyyələr bağışlayıb.

Görüşdə ictimai fəal xanım Nigar Əlizadə iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR