İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qazprombank”ın keçmiş vitse-prezidenti: “Putin məhv olacaq” -  Üzeyir Cəfərovla “Canlı debat”

Rusiyanın ən nəhəng bankı olan “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyev Ukrayna tərəfində döyüşə başlayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, son günlər Moskvanın işğalçı siyasətinə etiraz edən ruslar mövqelərini dəyişərək, Ukrayna ordusu sıralarına qoşulurlar. Artıq 100-dən rus öz ölkəsinə qarşı döyüşə girib. Ukraynada anadan olan İqor Volobuyev Rusiya vətəndaşı olmasına baxmayaraq, hazırda öz həmvətənlərinə qarşı vuruşur. Volobuev Ukraynaya qaçdıqdan sonra verdiyi açıqlamada bildirib ki, rus kişiləri Putinə qarşı birləşməlidir:

“Rus kişiləri, əgər Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad olmasını istəyirsinizsə, vuruşmalısınız. Putin məhv olacaq”.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Üzeyir Cəfərovla gündəmdəki bütün mövzuları müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR