İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın paytaxtında hava şəraiti ilə əlaqədar beynəlxalq aeroport bağlanıb

Qazaxıstanın Nursultan Nazarbayev Beynəlxalq Aeroportu paytaxtda hava şəraiti kəskin pisləşdiyi üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aeroport bu gün təxminən saat 00:00-a qədər bağlı olacaq. Paytaxtda fırtına və güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Akmola, Karaqanda və Pavlodar vilayətlərində bir sıra marşrutlar da bağlanıb.

Sinoptiklər martın 30-da Qazaxıstanın bəzi rayonlarında qar fırtınası, güclü külək və toz fırtınası olacağı barədə xəbərdarlıq ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR