Onlayn ictimai-siyasi qəzet
Bu gün baş verən qəzada yaralanan vətəndaşların vəziyyəti ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzdən Musavat.com-a verilən məlumata görə hər iki vətəndaş reanimasiya şöbəsindədir: "Vəziyyətləri ağır olaraq qalır. İlkin diaqnoz 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlunda sol budunun sınıqları, 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlunda çənə sümüklərinin qırıqlarıdır. Yaralıların reanimasiyon şəraitdə müalicələri davam edir".
Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında ağır yol qəzası olub. Qəza zamanı iki nəfər ölüb, iki nəfər yaralanıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ