İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağı oğurlaya bilmədilər, “Qarabağ”ı oğurladılar, yaxud "O olmasın, bu olsun"

Paşinyan demişdi 1 aya Azərbaycanla sülh imzalamağa hazırıq. Amma ay tamam olmamış məlum oldu ki, ermənilər “Qarabağ” mahnısını oğurlayıblar. Bu xəstə toplum Qarabağı Azərbaycandan qopara bilmədiklərini gördükdə, heç olmasa ondan bir parçanı – 1972-ci ildə mətni və musiqisi görkəmli bəstəkarımız Bəhram Nəsibov tərəfindən ərsəyə gətirilmiş “Qarabağ” mahnısını oğurlamağa qərar veriblər. Oğurluq oğurluqdur, nə fərqi? Hindistan qaraçılarından özgə nə gözləyəsən?

Bütün dünya bilir ki, “Anadır arzulara hər zaman Qarabağ” sözləri ilə başlayan mahnı Azərbaycana məxsusdur. Beynəlxalq hüquqa və tarixi mənbələrə əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu kimi, “Qarabağ” mahnısı da Azərbaycan xalqının milli sərvətidir. Haylar Qarabağa ana münasibətini göstərdiklləri üçünmü bu torpağın anasını ağlatmışdılar 30 il ərzində?! Bəlkə Qarabağda döyüşməkdən ötrü “Erato” qadın dəstəsi yaratmaq istəyən Annanın  anası imiş, xəbərimiz olmayıb...

Hə, hay gicbəsər Gor Yepremyan “Qarabağ” mahnısını oğurlayıb, guya oranjeman eləyib, “Sirun can” adı ilə yayıb, amma unudub ki, “xoruz kola girəndə elə bilir quyruğunu heç kim görmür”. Özü də oğurladığı mahnımızın “bu çəmənlərdə gəzir Vaqifin şux gözəli” – zilə çıxan hissəsini də ixtisara salıb. Ona görə yox ki, Vaqifin məqbərəsini darmadağın etdiklərinə görə xəcalət çəkib. Həm də Azərbaycan dövlətinin Şuşanı azad etdikdən sonra yenidən abadlaşdırdığı şəhərdə qurulan məqbərə gözünə girib. Onlarda utanan, yerə girən üz hardaydı? Sadəcə hayın nə qədər saxta hay-küyü olsa da, “Qarabağ”ı oxumaq, yamsılamaq üçün səsi ucalığa, yüksəkliyə çatmazdı, hünərləri yetməzdi, xoruz səsi buraxardı. Şuşa zirvəsini haylardan təmizləyən oğulların avazı da qüdrətlidir, anlamırlar ki...Oğurlayanda da heç olmasa götürə biləcəkləri yükü oğurlasaydılar...

“Erməni folklor nümunəsi”nə baxın e. Adamın əli üzündə qalır, bunların hər alçaqlığını, abırsızlığını gördükcə. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 70-ci illər xəritəsinə uyğun olaraq həyata keçirilməsini istəyən Nikol Paşinyanın ölkəsində elə 70-ci illərlə bağlı olan mənəvi sərvətimiz oğurlanır. Misal: 52 il əvvəl, 1972-ci ilin 5 iyununda Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınan “Qarabağ” mahnısı.

Əllərinə keçəni qamarlamaq adətləridir. Tardan dolmayacan, rəqsdən mahnıyacan. İndi bunlara necə etibar eləmək olar? Hələ qəsb etməyə çalışdıqları torpağı, dağı bir yana qoyaq. O gün Paşinyan Kirant kəndi tərəfdə, iki dövlətin sərhədində çəkilmiş tikanlı vəftillərə, sərhəd dirəklərinə məlun-məlun tamaşa edirdi. İllər keçəcək, ermənilər deyəcəklər ilk sərhəd dirəkləri, ilk tikanlı məftillər eramızdan əvvəl 5-ci minillikdə Tiqranın dədəsi tərəfindən çəkilib, hələ əlinə tikan da batıb məftil hörəndə. Kəsəsi, əcəb işə düşmüşük.

Üç ay əvvəl də Üzeyir Hacıbylinin “O olmasın, bu olsun” operettasından da oğurluq eləmişdilər, əsər erməni pianoçu Hayk Melikyan tərəfindən Paris Operasında, “Vaqarşapet rəqsi” kimi ifa olunmuşdu. Həmin Parisdə ki, Qarabağ xanının qızı, şairə Natəvanın abidəsinin təhqir olunmasına məhəl qoymadı, Azərbaycanı “erməni milli-mədəni-dini irsinə qarşı” nələrdəsə ittiham etdi. Nə Gor utanıb gora girir, nə Hayk. Çünki irsən öyrəncəlidirlər. Qarabağı qamarlaya bilməyənlər "Qarabağ"ı oğurlayırlar, mahnı-mahnı, deyirlər "O olmasın, bu olsun". Hələ operettanı da üstəlik...

Yenə gündəmdə Vaşinqtonda sülh danışıqlarının növbəti raundunun keçirilməsidir. Diplomatların ümidləri, nikbin açıqlamaları, sülh pəncərəsi, qapısı, nələr...Guya ki, Ermənistan sülhə imza atandan sonra “mələk” olacaqmış.  

Azərbaycan dövlətinin lideri mövqeyini qəti şəkildə ifadə edib: “Sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalana bilməz”. Açıq-aydın və sadə həll formulu. Düzdür, konstitusiya dəyişikliyindən sonra da bunlara etibar edə bilmərik, necə ki, dövlət başçımız hər zaman ayıq-sayıq olmağımızı tövsiyə edir. Əgər əsli mülkiyyətlə bağlı beynəlxalq konvensiyaları imzalayan ölkə qonşusunun mənəvi sərvətlərini elə sülh danışıqlarının gedişində də oğurlamaqda davam edirsə, bunlara nə etibar? İşğal dövründə sərvətlərimizi oğurladılar, sülh prosesinə “töhfələri” də “Qarabağ” mahnısının musiqisidir.

Deyək ki, sülh imzalandı, nə dəyişəcək ki? Bəlkə Ermənistan ondan sonra “daha Azərbaycana və Türkiyəyə ərazi iddiası irəli sürməyək, ayıbdır, Paşik sülh imzalayıb”, deyəcəklər? Bunlar dəyişən deyil. 1918-ci ilin mayında İrəvan haylara güzəştə gediləndə əmin etdilər ki, bir daha Azərbaycana, həmçinin Osmanlı Türkiyəsinə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Nə baş verdi? Heç il yarım keçmədi, Qərbi Zəngəzuru, Naxçıvan bölgəsindən tutmuş, Qazaxacan ərazilərimizin hissə-hissə oğurlanmasının, ələ keçirilməsinin şahidi olduq.

Ötən il Laçın yolu ilə Gorusa tərəf gedərkən “Allah hakkı, ermənilər millət dəyil” deyən hay var idi e. Biz demədik ki, bunu özününkü dedi. O qoca nə olsa da, özününküləri daha yaxşı tanıyır. Həqiqətən də nə millət deyillər, nə də düzələn...

Odur ki, "sülh masası" quranlar vaxtımızı almasa yaxşıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR