İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı separatçılardan QUDURĞANLIQ

Qarabağ separatçıları Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Xankəndiyə göndərdiyi yük maşınlarının qarşısını almaq üçün Ağdam-Əsgəran yolunu bağlı saxladıqlarını bildirirlər.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, etirazçılar müqavimətin davam etdiyini deyiblər.

“Onlar Azərbaycanın göndərdiyi humanitar yardımın Artsaxa çatmaması üçün mübarizə aparırlar” - erməni mediası yazır.

“Hazırda növbə ilə bir-birimizi əvəz edirik və gündəlik çörəyimizi almaq üçün çörək sexində növbəyə dururuq. Axşam yenə bura qayıdacağıq. Biz əlverişsiz hava şəraitinə dözürük, əsas odur ki, nə yardım, nə də düşmənimizin göndərdiyi mallar Artsaxa çatsın, əks halda “şəhid” qardaşlarımıza xəyanət etdiyimiz üzə çıxacaq”, - xəstə təfəkkürlü aksiya iştirakçılarından biri bildirib.

Bu faktın özü Qarabağ ermənilərinin heç də ac-yalavac olmadıqlarını, əksinə, Azərbaycanın göndərdiyi 40 ton unun Xankəndiyə daxil olmasını əngəlləməklə qudurğanlıq etdiklərini bir daha təsdiq edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR