İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ata olmaq məni daha məsuliyyətli edib”

“Atalıq mənə çox yaraşır. Düşünürəm ki, yaxşı atayam. Atam da yaxşı atadır, onun atası da yaxşı ata olub. Bu, həyatda yaşamağa, daha çox pul qazanmağa, daha çox uğur əldə etməyimə stimul verir”.

Bu sözləri aktyor Murad İsmayıl “Pərvizə görə” proqramında danışıb. Övladlarından söz açan aktyor bunları əlavə edib:

“İndi bilərəkdən ailə qurmayan gənclər var. Deyirlər ki, evlənsəm, çətin olacaq, özümə vaxt ayıra bilməyəcəyəm, sənətə vaxt ayıra bilməyəcəyəm. Ənçətin, yorğun vaxtımda uşaqlardan enerji alıram ki, sabah işimlə daha yaxşı məşğul ola bilim. Onlar mənə stimul verirlər, heç bir çətinlik yaratmırlar. Ata olmaq məni daha məsuliyyətli edib, təmkinli, səbrli olmuşam. Ata olmaq məni mərhəmətli edib. Sənətdə qocalığı, bir də ana-ata rolunu oynamaq çətindir. Əgər valideyn deyilsənsə, bu rolları oynamaq çox çətindir. Düşünürəm ki, bu, sənətimə də kömək edir. Tək özün üçün yaşamırsan, uşaqların üçün də yaşayırsan”.   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR