İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qareginin gizli uşağı: Paşinyan kilsəni ifşa edir, keşişlər cavab verir - BÖYÜK SKANDAL  

Erməni kilsəsinin fəallaşması yaxşı heç nə vəd etmir

Ermənistanda kilsə və Paşinyan hökuməti arasında münasibətlər yenidən gərginləşib. Musavat.com bildirir ki, Eçmiədzin rəhbərliyi ilə Paşinyan və onun komandası arasında qarşılıqlı ittihamlar səngimir.

Bu arada Paşinyanın partiyası kilsənin dövlətə maliyyə hesabatı verməsini nəzərdə tutan qanun layihəsi hazırlayacağını bəyan edib.

b7314640-9dee-3e4b-bc5c-9c9eb1f8.jpg (76 KB)

Baş nazir Nikol Paşinyan isə bütün ermənilərin katolikosu II Qareginin övladının olduğunu iddia edib və baş keşişi “subaylıq andı”nı pozmaqda ittiham edib. Yeri gəlmişkən, ötən həftə Paşinyanın fəal müxalifi keşiş Baqrat baş nazir Paşinyanın dini nikahının olmadığını və buna görə də “günah içində yaşadıqlarını” deyib.

Əlbəttə, baş verənlər bəsit nikah mövzusu və ya keşiş Baqratın Paşinyana qarşı ötən il başlatdığı müxalif hərəkatda deyil. Ermənistanda baş verənlər liberallarla kilsə arasında növbəti qarşıdurmadır. Yeri gəlmişkən, oxşar situasiya 2000-ci illərin əvvəllərində çox açıq olmasa da, Gürcüstanda baş vermişdi, kilsə Saakaşvilinin liberal hakimiyyəti ilə açıq da olmasa rəqabət aparır və mühafizəkar cinahın əsas dayağı kimi çıxış edirdi. Ancaq Gürcüstanda İvanişvilinin hakimiyyətə gəlməsindən sonra kilsə və hökumət arasında münasibətlər qaydaya düşdü. İvanişvili gürcü kilsəsi ilə yaxşı münasibətlər qurmuşdu və bir sıra məsələlərdə ortaq baxışlara malik idilər.

Paşinyanın deputatları kilsənin saysız əmlaklarını araşdırır ...

İndi isə Ermənistanda analoji proseslər başlayıb. Paşinyanın liberal siyasəti erməni cəmiyyətinin mühafizəkar dayaqlarını, o cümlədən, kilsəni incidir. Aydın məsələdir ki, bütün dinlər və dini institutlar mahiyyət etibarı ilə mühafizəkardır. Xüsusən də son illərdə dünyada yüksələn qlobalist çağırışlar fonunda kilsə bir tərəfdən sosial statusunu və nüfuzunu itirir, digər tərəfdən, mənsub olduğu dəyərləri mühafizə etmək üçün müqavimət göstərməyə çalışır. Hətta bundan öncəki Roma Papası Fransiskin eynicinsli nikahlar və qeyri-ənənəvi cinsi oriyentasiya ilə bağlı “yumşaq” bəyanatları belə kilsənin mövqeyini dəyişmədi.

Ermənistanda isə vəziyyət daha mürəkkəbdir. Paşinyan və onun komandasının qarşısında əsas maneə kilsə və millətçi qruplardır. Xüsusən də erməni kilsəsi yeni liberal axın qarşısında zəif vəziyyətdədir.

Ermənistan qarşıdurma ocağına çevrilir və məhvə sürüklənir

Məlum olduğu kimi, uzun tarixi period ərzində erməni xalqının dövləti olmayıb və ermənilər “icma xalq” olaraq Osmanlı və İran (Səfəvi, Əfşar və Qacar) sülalələrinin təbəəsi olaraq yaşayıblar. Bu dövrdə erməni cəmiyyətini idarə edən, faktiki olaraq siyasi və ideoloji lider rolunu kilsə oynayıb. Bütün ermənilər kilsəyə “onda bir” vergisi verib və erməni kilsəsi ermənilər içərisində rəqibsiz əsas güc və ideoloji mərkəz rolunu oynayıb.

Erməni tarixçisi H. Pastırmacıyan bunu belə ifadə edir: “Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı vücuddur”.

Bunu dövrün böyük dövlətləri də qiymətləndirib. Qafqazın işğalı zamanı kilsənin Çar Rusiyası qarşısındakı xidmətlərinə görə, 1808-ci ildə çar I Aleksandr erməni katolikosu Danieli “Müqəddəs Anna” medalı ilə təltif edib.

Rus Çarı I.Aleksandr'ın Olağandışı Aldatmacası (Fiodor Kuzmiç) Gerçek  miydi? | kadircankeskinbora.com

1836-cı ildə Çar fərmanı ilə Alban kilsəsini erməni kilsəsinə – Eçmiədzinə tabe etdirildi. Oxşar vəziyyət Osmanlı və İranda da mövcud olub. Erməni kilsəsi bütün ermənilərin dini və siyasi mərkəzi olub. Çünki erməni kilsəsi muxtar idi, yalnız ermənilər bu kilsənin üzvü idilər. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiyanın Türkiyədə konsulu olmuş Vladimir Mayevski yazırdı ki, erməni kilsə xadimləri fəaliyyətində dini mövzuda çalışmalar demək olar ki, yox kimidir, amma bunun əvəzində milli fikirləri yaymaq mövzusunda çox böyük və geniş fəaliyyətləri vardır.

Hazırda dünyada 4 böyük Qriqoryan dini mərkəzi var. Bunlar: Kilikiya (Beyrut) katolikosluğu, İstanbul və Qüds patriarxlığı və Eçmiədzindir. Yayıldığı ərazilərin genişliyinə görə ən böyük kilsə Eçmiədzindir – Ermənistan, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrində fəaliyyət göstərir.

Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası - Wikiwand

Yeri gəlmişkən, erməni milləti ifadəsi ilk dəfə Osmanlı dövründə ortaya çıxıb və Sultan Mehmet dövründə sənədləşdirilib. İlkin ehtimallara görə, əvvəlcə Bizansa qarşı erməni kilsəsini himayə edən Osmanlı daha sonra ermənilərə xüsusi status verib. Məsələ ondadır ki, klassik islam yazılarında millət etnik deyil, din və ya məzhəb birliyi mənasında işlədilib. Yəni erməni milləti ifadəsi etnik kök deyil, dini – məzhəbi eyniliyi nəzərdə tutub. Təsadüfi deyil ki, islam ədəbiyyatında ümmət əsasən eyni dinə mənsub olmanı, millət isə məzhəbi birliyi qəsd edib. Yeri gəlmişkən, 1863-cü il martın 29-da qəbul olunmuş “Nizamnaməi milleti ermənyan” adlı qərar da bunu göstərir.

Ancaq erməni kilsəsinin ermənilər üzərində bu şəriksiz hakimiyyətinə 19-cu əsrin ikinci yarısında son qoyuldu. Kilsənin çox güclü rəqibi ortaya çıxdı. Bu erməni millətçiliyi idi. Avropadan təsirlənən digər şərq xalqları kimi ermənilər içərisində də etnik millətçilik yayılmağa başladı.

Hınçak Haberleri - Son Dakika Hınçak Haber Güncel Gelişmeler

19-cu əsrdə “Hınçaq”, “Daşnaksütyun” kimi millətçi təşkilatların yaranması birbaşa olmasa da, kilsənin nüfuzunu zəiflədirdi. Lakin həmin dövrdə kilsə həm də milləti təmsil etdiyi üçün millətçilər və kilsə arasında açıq qarşıdurma olmayıb. Baxmayaraq ki, soyuq münasibətlər mövcud olub. Burada daha bir amil isə ortaq hədəflərin olması olub. Hər iki cinah – kilsə və millətçilər ortaq şüarlarla çıxış etdikləri üçün aradakı soyuqluq hiss olunmayıb. Kilsə müharibənin ilhamvericisi rolunda çıxış edib. Lakin müharibədən sonra erməni kilsəsi nüfuzunu daha da itirib. Dini liderlərin bir neçə görüşü istisna olmaqla kilsə sülh prosesində demək olar ki, iştirak etməyib. Əksinə, Eçmiədzin liderlərinin adı “qara” işlərdə, Rusiya və digər ölkələrdəki erməni cinayətkar qruplarla hallanıb. Bu səbəbdən də erməni cəmiyyətində nüfuzunu ciddi ölçüdə itirib.

Paşinyan niyə sülh müqaviləsini imzalamır?

Paşinyanın hakimiyyəti dövründə isə kilsə ölkədəki liberalların fəallaşması fonunda daha da zəifləyib. Paşinyanın rəqibləri ona qarşı kilsə kartından istifadə etməyə cəhd edib. Keşiş Baqratın siyasi yürüşü uğurlu nəticə verməsə də, aydın məsələdir ki, Paşinyanın reytinqinin azalması və Qərbdə baş verən proseslər mühafizəkarları ümidləndirir. Belə görünür ki, kilsə də yaranmış vəziyyətdə siyasi ağırlığını ortaya qoymağa çalışır.

Ermənistanın baş naziri isə anlayır ki, gələn ilki seçkilərə qədər rəqibləri ona qarşı geniş çaplı bir koalisiya yaradacaq və o koalisiyada kilsə də olacaq. Bu səbəbdən də hökumət və kilsə arasında toqquşma indi daha qabarıq görünür. Ancaq erməni kilsəsinin yenidən siyasət meydanına qayıtması təkcə Ermənistan deyil, ümumiyyətlə, bölgə üçün müsbət heç bir şey vəd etmir.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR