İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu böcəyi diri tutanlara pul mükafatı verilir - 23 ədədi 1 manatdan - FOTO

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı üçün ciddi təhlükə hesab edilən qəhvəyi skunk adlı zərərverici böcəyə qarşı maraqlı və effektli mübarizə tədbiri həyata keçirilir.

Milli.Az xəbər verir ki, Altınordu rayonunun Eyüplü məhəlləsində yaşayan və eyni zamanda əkinçiliklə məşğul olan vəkil Mehmet Yıldırım bu zərərli həşəratla mübarizə üçün yerli sakinlərdən diri skunk toplayaraq onları simvolik 1 TL (təqribən 0.043 azn) qarşılığında satın alır.

Yıldırım bildirib ki, bu həşərat təkcə Türkiyədə deyil, dünyada sürətlə yayılır və kənd təsərrüfatına ciddi zərər vurur:

"Hazırda məhəlləmizdə kütləvi şəkildə yayılıb. Məhsullara ciddi ziyan vurur. Biz dövlətin bu sahədəki səylərinə dəstək vermək üçün təşəbbüs göstərmişik" .

Toplanan skunklar bioloji mübarizə məqsədilə Fındıq Elmi-Tədqiqat İnstitutuna təhvil verilir. Bu institut samuray arıları adlı təbii düşmənlərdən istifadə edərək qəhvəyi skunklarla mübarizə aparır. Arılar zərərvericinin yumurtalarını məhv edir və ekosistemə zərər vermədən balansı qoruyur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR