Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Hərbi Hava Qüvvələrinə qarşı həyata keçirilən xüsusi əməliyyata görə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşlarını yüksək səviyyədə təltif edib.
Musavat.com xəbər verir ki, Zelenski “Tor” (Паутина) adlandırılan xüsusi əməliyyat çərçivəsində Rusiya ordusuna ciddi zərbə vurulduğunu bildirib. Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu hücumla ölkənin müdafiəsini parlaq şəkildə gerçəkləşdirib:
“Əməliyyat nəticəsində məhv edilən 41 təyyarənin yarısı artıq tamamilə sıradan çıxıb və bərpa olunması mümkün deyil. Digərlərinin isə bərpası illərlə vaxt aparacaq. Bu, təkcə Ukraynanın ədalətli mübarizəsi deyil, həm də təcavüzkarı gerçək sülhə məcbur etməyin yoludur”.
Zelenski əlavə edib ki, bu hücum Rusiya tərəfinin əvvəlcədən atəşi dayandırmaq təklifinə razılıq verməməsinin nəticəsidir. Onun sözlərinə görə, əgər Rusiya atəşkəsə razılaşsaydı, belə zərərli hücum baş verməzdi.
Qeyd edək ki, “Tor” əməliyyatı Ukrayna SBU-nun Rusiyanın strateji aviasiya obyektlərinə qarşı keçirdiyi ən uğurlu zərbələrdən biri hesab olunur.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ