Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ailə quraraq ABŞ-yə köçmüşdü.
Milli.Az xəbər verir ki, Xəzər Tv-nin keçmiş aparıcısı həyat yoldaşı Hamid Naji ilə səmimi görüntüsünü yayıb.
Ad gününü qeyde dən Səhər Əkbər paylaşımının şərh bölümünə qeydi ilə diqqət çəkib.
Ana olacağını bildirən aparıcı hisslərini bu sözlərlə dilə gətirib:
"Bu gün mənim ad günümdür... Amma bu il həyat mənə ən gözəl hədiyyəni artıq verib.
Qəlbimdə artıq iki can var...
Uzun illər arzusunu qurduğum bu anı, ən çox sevdiyim insanla bölüşmək - sözlərlə ifadə olunmaz bir duyğudur. İçimdə böyüyən o kiçik ürək hər dəfə döyündükcə, mən bir az daha ana oluram... Həyatımıza daxil olan bu möcüzə ilə hər şey daha mənalı, daha dərin və sevgi doludur.
Əziz həyat yoldaşım...
Bu yolda mənə göstərdiyin sevgi, dəstək və səbr üçün sonsuz minnətdaram.
Birlikdə böyütdüyümüz bu sevgi, indi bir həyata çevrilir... Yeni yaşım, yeni bir həyatın başlanğıcıdır. Dualarınız və sevginizlə bu gözəl yolda bizimlə olun.
Bu il ki arzum, Allah ana olmaq istəyən bütün xanımlara bu duyğunu yaşatmağı nəsib etsin".
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ