İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda “rus icması” oyunbazlığı - foto

Rusiya hərbi kontingentinin müvəqqəti mövcud olduğu Qarabağ ərazisində “rus icması” oyunu davam etdirilir. Belə ki, “icma rəhbəri” Aleksandr Bordov “Dialoq” ictimai təşkilatının sədri Yuri Navoyana məktub göndərib. Məktubda onun həyata keçirdiyi proqramların Rusiya-Ermənistan münasibətlərində  əlverişli mühit yaratdığı, bir sıra aktual məsələlərin həlli, eləcə də “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində” rol oynadığı iddia olunub.

İcmanın rəhbəri Aleksandr Bordovun imzası ilə "Dialoq" təşkilatının rəhbərinə ünvanlanmış Dağlıq Qarabağ ruslarının təşəkkür məktubunda deyilir:

“Hörmətli Yuri Lyudviqoviç! Dağlıq Qarabağın rus icması adından 1 saylı orta məktəbi dərsliklərlə tam təmin etmək məqsədilə "Dialoq" təşkilatı tərəfindən həyata keçirilən humanitar aksiyaya görə, ən səmimi təşəkkür sözlərimizi qəbul edin!”

Təşkilata göndərilən "təşəkkürnamə"də digər sərsəm iddialar da əksini tapıb,

“Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşları”nın narahatlığından bəhs olunur.

Məlumatda xatırladılır ki, 2022-ci il avqustun 29-da Xankəndidəki 1 saylı rusdilli məktəbdə təhsil müəssisəsinin kollektivinin, tələbələrin və onların valideynlərinin, ictimaiyyət nümayəndələrinin və Dağlıq Qarabağ hökuməti üzvlərinin iştirakı ilə 17 min nüsxəyə yaxın tədris ədəbiyyatı təhvil verilib. Ədəbiyyat paketinin ötürülməsi DIALOG Təşkilatı tərəfindən Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə birgə həyata keçirilib. Qalan 108 Qarabağ ümumtəhsil məktəbi üçün 7000 nüsxədən çox rus bədii ədəbiyyatı “Qarabağın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi”nə təhvil verilib.

Göründüyü kimi, “rus icması” oyunbazlığı davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR