İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağda məcburi köçkünlərin öz evlərini kirayə verib, pul qazanmasında nə qəbahət var?"

"Qarabağda məcburi köçkünlərin öz evlərini kirayə verib, pul qazanmasında nə qəbahət var?"

Musavat.com bildirir ki, bu barədə daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

ELNUR SON.jpg (53 KB)

"Məcburi köçkünlər 90-cı illərin əvvəllərində, müharibənin ən dəhşətli vaxtlarında öz yurd-yuvalarından didərgin düşdülər, evləri bombalandı, yandırıldı, yaxınları şəhid və girov düşdü, illərlə çadırlarda, vaqonlarda, yataqxanalarda və ən çətin şəraitdə yaşadılar. Bir ömürlük travma aldılar. Nəhayət, 30 ildən sonra öz halal evlərinə qovuşdular. Hazırda həmin ərazilərdə yaşayış tam tənzimlənməyib və bu səbəbdən müvəqqəti işsizlik problemi ola bilər. Kənardan ora turist kimi gedən insanlara öz evlərini gündəlik kirayə verib pul qazanmaqda nə qəbahət var? Onlar Azərbaycan vətəndaşları deyil bəyəm? Necə olur ki, digər turistik zonalarda hamı ev tikib kirayə verib pul qazana bilər, amma onlara olmaz? Məcburi köçkünlərin didərgin düşdükləri vaxt onlara bir parça çörək də olsa yardım etməyən insanlar indi onların öz evlərini kirayə verib, pul qazanmasını niyə həzm edə bilmirlər?", - deyə ekspert qeyd edib.

Xatırladaq ki, son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov "Report"a müsahibəsində qeyd edib ki, məcburi köçkünlər onlara verilən evləri sata, kirayəyə verə bilməzlər.

"Məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər", - deyə Sabir Əhmədov bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR