İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baltik dənizinə 10 əlavə gəmi göndərir: Məqsəd açıqlandı

Həftənin sonunda NATO Baltik dənizində on gəmi ilə kritik qurğuları mühafizə etməyə başlayacaq.

Musavat.com xəbər verir ki, məlumatı Finlandiyanın Yle portalı yayıb. Bildirilir ki, gəmilər aprel ayına qədər ərazidə qalacaqlar.

Gəmilər enerji və məlumat kabellərinin yaxınlığında yerləşəcək. Onlar əsasən çəkindirici rol oynayacaqlar: “Beynəlxalq sularda NATO, məsələn, digər ölkələrdən gələn gəmilərin keçidini əngəlləyə bilməz”.

Həmin 10 gəmidən əlavə, Fin körfəzi, xüsusən də Finlandiya və Estoniya gəmiləri tərəfindən qorunmağa davam edəcək.

NATO Finlandiya və Estoniyanın tələbi ilə dekabrın 30-da Baltik dənizində mövcudluğunu artırmaq barədə qərar qəbul edib.

Bu ölkələrin hakimiyyət orqanları dekabrın 25-də Eagle S tankerinin Finlandiya ilə Estoniya arasında olan Estlink 2 elektrik kabelini, eləcə də Finlandiya körfəzində dörd telekommunikasiya kabelini lövbərlə zədələdiyindən şübhələnirlər. Onlar hesab edirlər ki, tanker Rusiyanın “kölgə donanması”nın bir hissəsidir və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan yayınmağa kömək edir.

Bundan əlavə, Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinin tərəfdaşları Baltik dənizində kritik infrastrukturun yaxınlığında gəmilərin hərəkətinin süni intellektlə monitorinqini gücləndirəcəklərini açıqlayıblar. Ekspedisiya qüvvələrinin birliyinə 10 dövlət daxildir.
Ümumilikdə Finlandiya körfəzində və Baltik dənizində bir ildən çox müddət ərzində kabellər üç dəfə kəsilib. 2024-cü ilin noyabrında İsveç, Litva, Finlandiya və Almaniya arasında telekommunikasiya kabeli kəsilib. 2023-cü ilin oktyabrında Newnew Polarbear Balticconnector qaz kəmərini və telekommunikasiya kabellərini zədələdi.

Bundan əvvəl, 2022-ci ilin sentyabrında Baltik dənizində “Şimal axını 2” qaz kəməri zədələnmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR