Onlayn ictimai-siyasi qəzet
AK Parti Qrup Başqanı Abdullah Güler, İmralı Adasına gedən DEM Partiyası heyəti ilə keçirilən görüşdən sonra açıqlama verib.
Musavat.com xəbər verir ki, Güler görüş barədə bunları deyib: “Samimi və pozitiv şəkildə söhbət etdik, fikirlərimizi paylaşdıq. Gələcək günlərdə lazım olan açıqlamalar veriləcək”.
Anadolu Yayıncılar Federasiyasının (AYD) təşkil etdiyi "Anadolu söhbətləri" proqramında çıxış edən Güler, PKK lideri Abdullah Öcalanın ev həbsi ilə bağlı verilən suallara da münasibət bildirib. O, bu məsələlərin şərtləndirilməsinin və bir-birinə bağlanmasının doğru olmadığını vurğulayaraq deyib: “Bu məsələlərə şərtli, bir-birinə bağlı şəkildə və ya ‘o olmazsa heç nə olmaz’ kimi yanaşmaq düzgün deyil. Hal-hazırda gündəmimizdə əfv kimi bir mövzu yoxdur”.
Abdullah Güler əlavə edib ki, bu məsələləri müəyyən bir zaman çərçivəsinə bağlamaq düzgün yanaşma deyil: “Bu, bir həll prosesi deyil və hətta oxşarlığı da yoxdur”.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ