Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə televiziyalarına verdiyi geniş müsahibədə İranla bağlı sərt açıqlamalar səsləndirib.
Prezident, xüsusilə 2 il əvəəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum hadisəsinə toxunaraq İran rəhbərliyini kəskin tənqid edib.
Prezident İlham Əliyev bildirib ki, həmin hadisədən sonra İranın mərhum xarici işlər naziri Abdullahiyan şəxsən söz vermişdi ki, səfirliyimizə hücum edən Yasin Hüseynzadə edam hökmü ilə cəzalandırılacaq. Bu təminatdan sonra Azərbaycan səfirliyini Tehranda yenidən bərpa edib.
Lakin Prezident vurğulayıb:
“Buna baxmayaraq, yenə də bizi aldatdılar. Edam hökmü vermək bir yana, cinayət işi məhkəmədən geri qaytarıldı və ilkin istintaqa göndərildi.”
Prezident İlham Əliyev İran rəhbərliyinin bu davranışını yolverilməz adlandırıb və onların sözlərinə əməl etməməsini ciddi şəkildə tənqid edib. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən bu cinayətin cəzasız qalması və hadisənin siyasi aspektlərinin ört-basdır edilməsi iki ölkə arasındakı münasibətlərdə gərginliyi daha da artırıb.
Prezident müsahibəsində İranın yeni prezidenti ilə hələlik görüşüb, danışmadığını bildirib... İlham Əliyev qeyd edib ki, İranın yeni rəhbərliyi ilə münasibətlərin gələcəyi barədə yalnız Pezeşkiyanla üz - üzə görüşlərdən sonra veriləcək.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ