Onlayn ictimai-siyasi qəzet
Bu gün Avropa birjalarında qazın qiyməti min kubmetr üçün 500 dollardan aşağı düşüb.
Musavat.com London ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, gün ərzində qiymətlər təxminən 2 faiz azalıb.
Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 495,6 dollara düşüb.
Qeyd edək ki, bu azalma Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayanmasının Avropada qaz qiymətlərinə təsirinin böyük ölçüdə aradan qalxması deməkdir. Halbuki nəqlin dayanması ərəfəsində qiymətlərdə 10 faizə yaxın bahalaşma baş vermişdi.
Avropada qazın orta qiyməti 2024-cü ilin sonunda 17 faiz azalaraq 1 min kubmetr üçün təxminən 387 dollar təşkil edib.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ