İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: BƏƏ şirkəti ABŞ-da süni intellekt sahəsinə 20 milyard dollar yatıracaq

Birləşmiş Ərəb Əmirliyinin “Damac Properties” şirkətinin rəhbəri Hüseyn Sacvani ABŞ-da süni intellekt texnologiyaları üçün məlumat mərkəzlərinin inkişafına təxminən 20 milyard dollar sərmayə qoyur.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Mar-a-Laqoda (Florida) yerləşən iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğ sonradan ikiqat arta bilər: “Süni intellekt texnologiyaları arasında ön sıralarda olan bu zəkaya qarşıdakı illərdə böyük tələbat olacaq”.

Tramp bildirib ki, investisiya layihəsinin birinci hissəsi Texas, Arizona, Oklahoma, Luiziana, Miçiqan və İndiana ştatlarını əhatə edəcək.
Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar milyard dolları aşan istənilən xarici sərmayəni operativ şəkildə nəzərdən keçirəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR