İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın səssiz intiqamı - "Köhlən atlar" "Fradi"ni Çempionlar Liqası himni ilə nokauta saldı?

Azərbaycan çempionu "Qarabağ"ın Macarıstan birincisi "Ferensvaroş"u sıradan çıxararaq Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması hələ də gündəmdən düşmür. "Köhlən atlar"ın "Fradi" ləqəbli rəqibi ilə oyuna çıxarkən Çempionlar Liqasının himninin 10 saniyə gecikməsi ən çox müzakirələrə səbəb olanlar sırasındadır. Bununla bağlı ən müxtəlif versiyalar irəli sürülür.

Musavat.com xəbər verir ki, futbol mütəxəssisi Kənan Məstəliyev öz "Facebook" səhifəsində bununla bağlı fikirlərini bölüşüb.

KANAN.jpg (41 KB)

O, diqqətçəkən versiyalar irəli sürüb:

"Arada ağlıma elə fikirlər gəlir ki, özüm-özümə "yekə adamsan, gör nələrə inanırsan" deyib keçirəm. Bu dəfə keçməyib birini deyəcəm sizə. Çünki futbolu belə məqamlara görə sevirəm.

Oyundan öncə himnin yarıda kəsilməyi yadınızdadır? İlk olaraq nə düşündünüz? Sizin də ağlınıza texniki səhv gəldi? Təbii ki.

Amma mümkün deyil ki, oyundan öncə dəfələrlə yoxlanılıb sınaqdan keçirilən səs sistemi məhz Çempionlar Liqasının himni çalınan zaman xarab olsun. Xarab olsun və məhz "lazım olan məqam"da yenidən işə düşsün. Mümkündür, amma mən inanmıram. Bu söhbət tam başqa söhbətdir. Təsadüfi heç nə olmur. Qoy, məni abartmaqda, həddindən artıq təxəyyülçü olmaqda günahlandırsınlar, amma fikrimi yazacam. Məncə, bu, rəqibə verilən "Siz ÇL klubu deyilsiniz, sizə ÇL-i göstərməyəcəyik" mesajı idi. Necə olur ki, kamera məhz macarları çəkən zaman səs kəsilir və yalnız hakimlərə çatıb "Qarabağ"a keçəndə yenidən qayıdır? Açın "Youtube"da dinləyin: o mahnı kəsik deyil. Yeni formatda həmişə uzun versiyada təqdim olunur. İntrosu ilə komandalar meydana çıxır, yerlərini tuturlar və 2 saniyəlik fasilədən sonra əsas hissə başlanır. Həmin məqamda səsin 8-10 saniyəlik "itməsi"ni ancaq "pauza" düyməsini basmaqla "təmin etmək" olar. Çox şeytani fikirdir.

Təkzib edəcəklər deyə özlərindən soruşmadım. Amma həqiqətən belə olubsa, çox ağır gediş idi "Qarabağ" tərəfdən. Çox dəhşətli başın ideyasıdır. Məhz belə başlar böyük qələbələr üçün xarakter və prinsipiallığı formalaşdırır.

Bəlkə də bu macarlara oyundan öncə saytlarında klubumuzu erməni komandası kimi göstərmələrinə, bəlkə də ilk matçdan öncə də və məğlubiyyətdən sonra da iddialı, lovğa danışmalarına, bəlkə də kin və yetirmələrinin qol vurarkən aşırı sevinmələrinə cavab addımı idi. Bəlkə də hansısa başqa psixoloji təzyiq forması idi. Bilmirəm. Hər şey ola bilər. Amma təsəvvür edirsiniz, fakt "Ferensvaroş"lular Bakıda ÇL himninin özlərinə aid hissəsini, özü də ən gözəl hissəsini dinləmədən getdilər. Adamlara nə musiqini eşitdirdik, nə də yekun qələbəni daddırdıq. Bu, nokautdur".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR