Onlayn ictimai-siyasi qəzet
Nazir Rəşad Nəbiyev Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib
Musavat.com xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.
Görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib.
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ