Onlayn ictimai-siyasi qəzet
Aparıcı Zaur Kamal efirə gecikən sənətçiləri cərimələyərək həmin pulları ehtiyacı olan şəxslərə verəcək.
Bu barədə o, "Həmin Zaur" verilişində bildirib. Aparıcı proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələyib.
Daha sonra Zaur canlı yayımda ehtiyacı olan ailələrə zəng edib və onlara pul göndərəcəklərini bildirib.
Aparıcı həmçinin qeyd edib ki, bundan sonra verilişinə gecikən bütün sənətçiləri cərimələyəcək və həmin pullar xeyriyyə məqsədi ilə istifadə olunacaq. (Axşam.az)
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ