Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mehriban Xanlarova "Gün ortası" verilişində qonaq olub.
Aktrisa "Mehriban Xanlarova özünü bir qadın kimi xoşbəxt hiss edirmi" sualına belə reaksiya verib:
"Bir qadın kimi natamam qaldım. Ailəm, qardaşım, bacım, onların övladları üçün yaşadım. 6 uşağa ana oldum. Amma çox heyf. Kaş iki həkimin sözünü dinləyib ana olsaydım, ya da uşaq götürüb saxlasaydım. İnsanın əziyyətini yerə vuranda, deyirsən ki, axı niyə, nə istədin, etmədim? Ona görə efirdən getməliyəm. Gördüm ki, düzgünlük getmir. Düz olursan, söz qoşurlar, əyri olursan, xoş sözlər yazırlar. Mən ölən günə qədər düz qalacağam. Qiymət verən Allahdır. Heç olmasa sağlığında insanlara dəyər verin. Allahdan qorxun. Öləndən sonra arxamca danışsanız, iki əlim yaxanızda olar. Sözünüz varsa, üzümə deyin". (Axşam.az)
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ