İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Qazaxıstanın Azərbaycana dəyişməz dəstəyindən DANIŞDI

Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edib.

Musavat.com xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib:

"Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik və buna görə Sizə çox minnətdarıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR