İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın oyunu fransız hakimlərə tapşırıldı, Makron “yaşıl meydança”ya təsir edəcəkmi?

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Musavat.com bildirir ki, oyunun baş hakim Benua Bastiyen olacaq.

Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək. VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Qarabağ" - "Bayer" oyunu fransalı hakimə tapşırıldı

Baş hakim Benua Bastiyen

“Qarabağ” ın oyunlarında dəfələrlə ədatlətsizliklər olub. Məsələn, “Qarabağ”ın Bakıda Milanın “İnter” klubu ilə qarşılaşmasında, 90+4-cü dəqiqədə Riçard Almeydanın vurduğu qol matçın çex baş hakimi Miraslav Zelinka tərəfindən hesaba alınmamışdı. Nəticədə “Qarabağ” Avroliqanın qrupunda qalmışdı. “Qarabağ!” bununla bağlı UEFA-ya rəsmi etiraz bildirmişdi. Bundan başqa da keçirilmiş avrokubok oyunlarında Ağdam klubuna qarşı hakimlərin açıq-aşkar qərəzinə şahid olmuşuq. Hətta baş məşqçi Qurban Qurbanov da sərt şəkildə etirazlarını bildirib. İndisə bu kritik matç fransız hakimlərə həvalə olunub. O fransızlara ki ölkələrinin rəsmiləri ilə Bakı arasında əlaqələr gərgindir.

Fransanın Azərbaycana qarşı münasibəti isə aşkardır. Prezident Makron bizi “təcavüzkar” adlandırır, Fransa Senatı əleyhimizə qətnamə qəbul edir, Avropa təsisatlarının əleyhimizə çıxardığı qətnamələrdə Makron administrasiyasının xüsusi təsiri olur, sanksiyalara çağırış edilir...

Digər tərəfdən isə Fransa Ermənistanı silahlandırır, sülh danışıqlarına əngəl olur, müdafiə naziri ilk dəfə İrəvana gələrək mesajlar verir, bir sözlə, bu ölkə Cənubi Qafqazda yenidən münaqişə ocağı yaratmaq istəyir. Məqsəd bəllidir - vəziyyətdən istifadə edərək Rusiya sülhməramlılarını bölgədən çıxarmaq və burada yerləşmək. Paralel olaraq Ermənistanın silahlandırılması da bu şübhələrin əsaslı olduğunu deməyə əsas verir. Maraqlıdır, rəsmi Parisin iddiaları və məqsədləri yaşıl meydançaya da təsir edə bilərmi?

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Mətbuat Şurasının sədri, “Qarabağ” azarkeşi Rəşad Məcid Musavat.com-a açıqlamasında bildirib ki, “Qarabağ” - “Bayer 04”ün ötən dəfəki oyununda 11 metrlik cərimə zərbəsi təyin olunanda çox məyus olmuşdu: ““Qarabağ” yaxşı oynamışdı. Bu gün azarkeşlər optimistdirlər. Realist olsaq, “Bayer 04” çox güclü komandadır. Amma “Qarabağ” da uğurlu oyun nümayiş etdirir. Təəssüf ki, növbəti oyunu fransız hakimlər idarə edəcəklər. Buna baxmayaraq, mənə elə gəlir ki, fransalı hakim obyektivliyi mümkün dərəcədə qoruyub saxlamağa çalışacaq. Hesab edirəm ki, vicdanlı, obyektiv hakim oyundan qərəzsiz olmalıdır”.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Bayer 04” komandaları qarşılaşacaq. Oyun saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək. Onu da qeyd edək ki, Avropa Liqasının oyunlarında hakimləri UEFA özü müəyyənləşdirir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR