Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin registratorlarını və ya “qara qutu”larını deşifrə etmək üçün Braziliyaya göndərib.
Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.
Qeyd edək ki, qara qutuların oxunmaq üçün Braziliyaya göndəriləcəyi dekabrın 29-da açıqlanıb. Qazaxıstan tərəfi qutuların Embraer təyyarəsinin istehsalçısı olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edib.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ