İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun sirli donorunun kimliyi açıqlandı

ABŞ hökumətinin maliyyələşməsi dayandığı indiki şəraitdə hərbçilərin maaşının ödənməsi üçün Pentaqona 130 milyon dollar ianə edənin kimliyi açıqlanıb.

Musavat.com xəbər verir ki, onun adını "The New York Times" mənbələrə istinadən açıqlayıb.

Məlum olub ki, bu, uzun müddət Donald Trampın tərəfdarı olan, "tənha milyarder" Timoti Mellondur. Əvvəllər ABŞ lideri anonim donoru yalnız "vətənpərvər və dost" adlandırmışdı.

Timoti Mellon ABŞ-ın keçmiş maliyyə nazirinin nəvəsidir. Uzun müddətdir tam qapalı həyat tərzi zürən milyarder 2024-cü ildə Trampın seçki kampaniyasına böyük miqdarda – 150 milyon dollar ianə ilə gündəmə gəlib.

81 yaşlı Mellonun axırıncı fotosu 1981-ci ildə yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR