İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz artıq 1984-cü ilə daxil olmuşuq” – Ermənistanda intim videolar qalmaqalı böyüyür, Paşinyan hədəfdə

Ermənistanda din xadimlərinə aid olduğu iddia edilən intim videoların yayılması ölkədə siyasi gərginliyi daha da artırıb.

Musavat.com xəbər verir ki, hadisə fonunda hökumətə və Təhlükəsizlik Xidmətinə qarşı təzyiq və ittihamlar səslənir.

Ermənistan Milli Demokratik Partiyasının üzvü Gevorq Safaryan yayılan videoları şərh edərək bildirib ki, bu proseslər şəxsi toxunulmazlığa ciddi müdaxilədir:

“Biz artıq 1984-cü ilə daxil olmuşuq. KQB insanların şəxsi həyatına dair qanunsuz videoyazıları dərc etməyə başlayıb. İndi hər bir müxalifətçi öz yataq otağında və ya vannasında gizli kamera quraşdırıldığından şübhələnməlidir. Hətta Serjik və Saşik Sarkisyanların dövründə belə bu təsəvvürəgəlməz idi”.

Safaryan hesab edir ki, yayılan görüntülərin arxasında hakimiyyət strukturları dayanır. Onun sözlərinə görə:

“Şəxsi həyata aid videoyazıların qanunsuz dərc olunmasına görə birbaşa Nikol Paşinyan və Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan məsuliyyət daşıyır. Demokratik ölkədə onlar dərhal istefa verməli idilər”.

Siyasi analitiklər isə bildirirlər ki, intim videoların yayılması kilsə ilə hökumət arasında son aylarda artan qarşıdurma fonunda baş verir. Kilsə Paşinyan hakimiyyətini öz nüfuzunu zəiflətməkdə, hökumət isə kilsəni siyasi təsirini qorumaqda ittiham edir.

Hal-hazırda Kilsə tərəfdarları bu videoları “hakimiyyətin təzyiq və şantaj vasitəsi” adlandırır, hökumət dairələri isə məsələ ilə bağlı rəsmi açıqlama vermir.

Müşahidəçilər hesab edir ki, proses həm siyasi, həm də ideoloji xarakterlidir və qarşıdurmanın yaxın günlərdə daha da dərinləşməsi mümkündür.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı həm Ermənistan hökumətinin, həm də Eçmiədzin kilsəsinin əlavə açıqlamalarının verilməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR