İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi - “Yandırdın qəlbimi” yenidən gündəmdə

Məlum olduğu kimi, bu günlərdə Türkiyədə çoxdan gözlənilən “Gelin Takımı 2” filmi ekranlara çıxıb. Film təkcə aktyor heyəti ilə deyil, həm də səsləndirilən musiqilərlə tamaşaçıların marağına səbəb olub.

Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış aktrisası və müğənnisi Ecem Erkek ilə gənc və populyar aktyor-müğənni Baran Bölükbaşı film üçün xüsusi olaraq Azərbaycanın məşhur “Yandırdın qəlbimi” mahnısını duet şəklində ifa ediblər.

Sənətçilərin ifası həm filmdə, həm də sosial şəbəkələrdə böyük maraq doğurub. Sosial mediada paylaşılan görüntülər az vaxtda on minlərlə baxış toplayıb, istifadəçilər dueti həm “səmimi”, həm də “mədəniyyətlərarası gözəl bağ” kimi qiymətləndiriblər.

Qeyd edək ki, “Yandırdın qəlbimi” mahnısının sözləri və musiqisi görkəmli Azərbaycan bəstəkarı Novruz Feyzullayevə məxsusdur. Mahnının ilk ifaçılarından biri isə Azərbaycan musiqisinin unudulmaz səsi, Xalq artisti Rübabə Muradova olub.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR