İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin müşaviri Rusiyanın atəşkəs şərtlərini AÇIQLADI

ABŞ prezidenti Donald Trampın Budapeştdə Rusiya lideri Vladimir Putinlə planlaşdırılan zirvə görüşünü ləğv etməsindən və Vaşinqtonun “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ paytaxtına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Dmitriyev Moskvadan atəşkəsə razılıq verilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, hazırda yalnız bir neçə əsas element müzakirə olunur:

Ukrayna üçün təhlükəsizlik zəmanətləri;

Dmitriyevin “ruslar” adlandırdığı – yəni rusdilli əhalinin yaşadığı ərazilərin statusu;

Ukraynanın neytral statusu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR