Onlayn ictimai-siyasi qəzet
“Qara Qarayevin klubdan getməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə İdman.bizə Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hələ ki, bu barədə danışıqlar aparılır: “Məsələ ilə bağlı son rəsmi və dəqiq qərar çıxdığı zaman media mənsubları ilə bölüşüləcək”.
Qeyd edək ki, Qara Qarayevin “Neftçi”dən ayrılması ilə bağlı xəbərlər yayılıb. Məlumat üçün bildirək ki, 2023/2024 mövsümündə onunla klub arasında 2+1 illik müqavilə imzalanıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ