İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL! Erməni deputatlar Rusiyaya qarşı ÜSYANA BAŞLADI: “Putin kimdir ki...” – detallar “Canlı debat”da

“Hazırda baş verən hadisələr Ermənistan və Azərbaycanın günahı yox, nəhəng dövlətlərin apardıqları siyasətin və onların qarşıdurmasının nəticəsidir”.

Bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Akop Aslanyan yerli mətbuata açıqlamasında deyib.

Akopyan açıq şəkilkdə Rusiyanı Ermənistanın və ümumilikdə Cənubi Qafqaz respublikalarının daxili işlərinə qarışmaqda günahlandırıb: “Rusiyanın nə haqqı var ki, bizə necə yaşamalı olduğumuza aid göstəriş versin? Bizim xalqımız legitim hakimiyyətini seçib və o da ölkəni, xalqı qane edən vektor üzrə aparır. Rusiyaya nə aidiyyatı var ki, biz kiminlə dostluq etmək istəyirik?
Paşinyanın partiyasından olan deputat deyib ki, Rusiya regiona azadlıq, demokratiya yox, tiranlıq gətirir: “Rusiya öz əhalisinə demokratiya, azadlıq vermir. Erməni xalqı isə artıq azadlığı görüb və onun dadını hiss edib”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız siyasi şərhçi Qədir Aslandır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR